24.11.2023 Azad edilmiş ərazilər ölkənin informasiya-kommunikasiya sisteminə qoşulur |
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən dir¬çəldilməsi, əhalinin tədricən geri qayıtması, eləcə də regionumuzun sülh və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində genişmiqyaslı işlər görülür. Bu ərazilərdə zəruri sosial-iqtisadi infrastruktur təminatı, iqtisadi canlanma¬nın sürətləndirilməsi, habelə nəqliyyat potensialının artırılması və yaşayış məntəqələrimizin “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında yeni¬dən qurulması yüksək templə davam etdirilir.
|
12.05.2022 Böyük Britaniya tarixdə ilk dəfə |
Böyük Britaniya tarixdə ilk dəfə olaraq yayda öz ərazisindən peyklər buraxacaq.
Söhbət radio siqnalları və görüntü sensorlarından istifadə edərək müxtəlif obyektləri izləmək üçün istifadə olunan iki mikropeykdən gedir.
Peyklər “Airbus Defence and Space” konsorsiumu tərəfindən hazırlanıb və Böyük Britaniya ordusunun beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ Milli Kosmik Kəşfiyyat Agentliyi ilə əməkdaşlığı çərçivəsində Britaniyanın “In-Space Missions Ltd” şirkəti tərəfindən istehsal edilib. |
11.05.2022 01 iyun 2022-ci il tarixdə Bakı Teleqrafı ASC 90 illik fəaliyyətini qeyd edir! |
01 iyun 2022-ci il tarixdə Bakı Teleqrafı ASC
90 illik fəaliyyətini qeyd edir!
90 il bundan öncə Bakı şəhərində teleqraf rabitəsi Bakı Poçt-Teleqraf Kontorunun tərkibindən çıxaraq
Bakı Mərkəzi Teleqrafı yaradılmışdır.
Bakı Teleqrafı Morze aparatından başlayaraq, yeni nəsil kompüter texnologiyasına qədər uzunmüddətli şanlı tarixi yol keçmişdir.
|
08.04.2022 Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının iclasında təmsil olunur |
Azərbaycan martın 21-də İsveçrənin Cenevrə şəhərində işə başlamış Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının növbəti iclasında təmsil olunur. |
Bütün xəbərlər |