08.04.2022 Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının iclasında təmsil olunur
Azərbaycan martın 21-də İsveçrənin Cenevrə şəhərində işə başlamış Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının növbəti iclasında təmsil olunur.
Azərbaycanda əhalinin təxminən 85%-i internetdən istifadə edir.
“Biz ölkəmizin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa və GPON, LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələri həyata keçirməyə davam edirik. Məqsədimiz FTTH (Fiber to the Home) şəbəkələrindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaq və 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olmaqdır”