AZE RUS ENG  
 
Haqqımızda
Xəbərlər
Xidmətlər
Onlayn teleqram
Hüquqi sənədlər
Tariflər
Linklər
Əlaqələr
Məzənnə
04.10.2024
1 USD
1.7000
1 EUR
1.8748
1 RUR
0.0180
Hava məlumatı
04.10.2024
Bakı
+ 24 o
Gəncə
+ 22 o
Şuşa
+ 16 o
Naxçıvan
+ 23 o

Əsas səhifəHaqqımızda

Xronologiya
Respublikamızda telegraf rabitəsinin tarixi haqqında məlumat

No

İllər

Tarixi məlumat

1.

1918 – ci

26 dekabr

A.B.Səfikürski Azərbaycan Poct –Teleqraf və Əmək naziri vəzifəsini yerinə yetirməyə başladı.

2.

1920 – ci il

mart

Azərbaycanın müxtəlif şəhər və yaşayış məntəqələrində 56 poçt-teleqraf müəssisəsi (kontor və şöbə), 4252 verstlik teleqraf naqili bərpa edildi.

3.

1919 – cu il

1 mart

Azərbaycan Teleqraf Aqentliyi “Azərtac” müxtəlif teleqraf xəbərlərini həm respublikaya, həm də xarici ölkələrə yayırdı.

4.

1921

Bakı-Moskva Uitson teleqraf aparatı vasıtəsilə əlaqələndirildi.

5.

1920 – 1922

Bakı, Moskva, Tiflis, Krasnovodsk, Həştərxan, Maxaçkala, Xaçmaz, Ağstafa, Lənkaran, Naxçivan, Astara, Yevlax, Quba, Ağdam, Ağsu, Nuxa, Göyçay, Gəncə, Şamaxı, Şuşa, Kürdəmur, Səlyan, Hacıqabul, Suraxanı, Balaxanı istiqamətlərində 25 teleqraf rabitəsinə malik idi.

6.

1925

Naxçıvan mərkəz olmaqla Ordubadda, Culfada, Şaxtaxtida, Baş Noraşendə ilk poçt-teleqraf müfəttişlikləri fəaliyyətə başlamışdır.

7.

1932 – ci il

1 iyun

Bakı şəhərində teleqraf rabitəsi Bakı Poçt-teleqraf Kontorunun tərkibindən çıxaraq, müstəqil müəssisəyə-Bakı Mərkəzi Teleqrafına çevrildi.

8.

1939 – 1940

Bakıda 9 kratlı Bodo teleqraf aparatları quraşdırılmışdır.

9.

1938

Bakıda ilk dəfə olaraq, ZFT-AÇ fototeleqraf aparatının köməyilə Moskva ilə teleqraf rabitəsinin növlərindən biri olan fototeleqraf rabitəsi yaradılmışdır.

10.

1942 – 1944

Bakı Teleqrafının rəisi, işğal olunmuş Minsk şəhərinin azad olunmasına qədər N.Barişev təyin edildi.

11.

1944

Bakı-Krasnovodsk arasında “Vestern Elektrik” tipli avadanlığın vasitəsilə azkanallı tonal tezlikli teleqraflaşma yaradıldı.

12.

1949

Bakı Teleqrafında əl sistemli T – 41 abonent teleqrafı stansiyası quraşdırıldı.

13.

1960

Bakı Teleqrafında bütün çap edən aparatların 2 saylı Beynəlxalq Teleqraf koduna keçirilməsi başa çatdırılmışdır.

14.

1959 - 1960

Bakı-Quba, Bakı-Lənkəran, Bakı-Səlyan, Bakı-Gəncə, istiqamətlərində tonal tezlik ilə işləyən teleqraf avadanlıqları qoşulmağa başlandı.

15.

1959 – cu il

30 may

ATA-57 tipli 80/60 tutumlu ilk avtomatik abonent teleqrafı stansiyası istismara verildi. Moskva, Qorki, Tbilisi, Rostov, Kuybışev şəhərləri ilə stansiyalararası birbaşa rabitələr yaradıldı.

16.

1969

Azərbaycanın ümumi istifadə teleqraf şəbəkəsi üzrə teleqramların avtomatik ötürülməsini təmin etmək ücün Bakı Teleqrafında PS (birbaşa birləşmə) sistemi ilə işləyən 280/120 tutumlu dekad-addım APS-Ş tipli stansiya istismara verildı.

17.

1978

Azərbaycan Respublikası Rabitə Nazirliyinin əmri ilə “Kommunist” nəşriyyatının binasında “qəzet səhifələrinin qəbulu sexi” təşkil edildi.

18.

1981

Qəzet səhifələrinin qəbulu sexinin bazasında fototeleqramların qəbulu və ötürülməsi sahəsi yaradıldı.

19.

1982

Bakı Teleqrafı respublikamızın paytaxtının ən qözəl binalarından birində fəaliyyət qöstərməyə başladı. (Azərbaycan prospekti 41).

20.

1982 – ci il

23 yanvar

Bakı Teleqrafının yeni binasında 2000/1817 tutumlu “Nikola-Tesla” (Yuqoslaviya firmasının istehsalı) koordinat tipli kommutasiya kanallı teleqraf stansiyası istismara verilmişdir.

21.

1980 – 1984

Bakı şəhəri üzrə Ats-24, 32, 61/62, 66/67, 91, 92, 38/39, 71/72, 74/75 TVU-12, DATA-3, DATA-6, TT-5 kanalyaradan teleqraf sıxlaşdırılma avadanlıqları quraşdırılmışdır.

22.

1985 – ci il

29 aprel

Bakı Teleqrafında “APK teleqraf” aparat-proqram kompleksi tətbiq edildi.

23.

1985 – ci il

19 oktyabr

Gəncə şəhərində 612 birləşmə nöqtəli (324/288) yeni

AT-PS-PD stansiyası tətbiq edildi.

24.

1985

Sumqayıt şəhərində PTS-K stansiyası istismara verildi.

25.

1986

Ümumi istifadə son teleqraf şəbəkisində F-2000 tipli elektron teleqraf aparatları tətbiq edildi.

26.

1992

Bakı-Tehran arasında ilk beynalxalq 24 kanallı teleqraf sistemi təşkil edildi.

27.

1992 – ci il

30 sentyabr

Beynəlxalq Rabitə İttifaqı (İTU) tərəfindən Azərbaycan milli Teleks şəbəkəsi ücün “784” istiqamət kodu və “Aİ” identifikasiya kodu (Azərbaycan sözünün qısaldılmış iki hərfi verilmişdir.

28.

1994 – cü il

25 iyun

Bakı Teleqrafında Avtomatlaşdırılmış Məlumat Kommutasiya Qovşağı (AMKQ) 2 ETK-KS stansiyası istismara verilmişdir.

29.

1995

Bakı Teleqrafında İnqiltərənin E.C.Datakom şirkəti tərəfindən Kommutasiya-Tarifikasiya Sistemi istismara verildi.

30.

1997

Bakı Teleqrafında ilk dəfə TDM rəqəm tipli 46 kanallı teleqraf sıxlaşdırma avadanlığı istismara verildi.

31.

1998 – ci il

20 fevral

Rabitə Nazirliyinin əmri ilə “Teleqraf rabitəsi xidmətlərinin qöstərilməsi qaydaları” təsdiq edilmişdir.

32.

2001 – ci il

13 iyun

Bakı Teleqrafında yeni RealTeleks sisteminin tətbiqi və Bakı Teleks stansiyasının qlobal internet şəbəkəsinə bağlantısı işləri həyata keçirilmişdir.

33.

2013 - cü il

01 avqust

Bakı Teleqrafı yeni xidmət "online teleqramlar göndərilməsi" təklif edərək

34.

2016 - ci il

01 noyabr

Bakı Teleqrafı sürətli poçt xidməti təqdim edərək (məktublar, paket, bağlamalar)




08.08.2012 | 

Geri

 

 

 

Azərbaycan Respublikası,
Bakı şəhəri,
Üzeyir Hacıbəyov küç, 36
Tel.: (+994 12) 4986699
Fax: (+994 12) 5985525
E-mail: bt@telegraph.az

© 2009. Bakı Teleqrafı Açıq Səhmdar Cəmiyyəti
Beynəlxalq Operator