|
|
|
|
04.10.2024
|
1 USD |
1.7000
|
1 EUR |
1.8748
|
1 RUR |
0.0180
|
|
|
|
|
04.10.2024
|
Bakı |
+ 24 o
|
Gəncə |
+ 22 o
|
Şuşa |
+ 16 o
|
Naxçıvan |
+ 23 o
|
|
|
|
Tarixi |
Müxtəlif məlumatların (informasiyalların) ötürülməsinə ehtiyaç hələ qədim zamanlardan duyulub.Beləki,Afrikada çürbəçür məlumatların ötürülməsiücün “tamtam” barabanlarından,Avropada tonqallardan və sonra isə semafor rabitəsindən istifadə olunurdu.Teleqraf ən qədim rabitə növüdür.İlk semafon teleqrafı əvvələr “taxiqraf”-yəni sürətli yazı adlandırılırdı,sonralar ona daha münasib “teleqraf” (“uzaq mənzilə yazı”) adı verilib. 1793-çü ildə K.Şapp qarşılıqlı yerləşməsilə məlumatların elemetlərini (ayrı-ayri hərifləri və yaxud bütöv sözləri) müəyyən edən üç mütəhərrik tirdən ibarət olan “optik teleqraf”semafon qurğunu ixtira edərək Fransa Konventinə təqdim edir.Bu semafon xüsusi qüllələrdə yerləşdirilirdi.Lill və Paris aralarında tikilən (265 km) və 22 sitansiyadan ibarət olan belə ilk xəttin qurulması 1794-çü ilin axırında başa catdırılıb. “Elektrik” anlayışının meydana gəlməsindən və xüsusən elektromaqnezminin Danimarka alimi Hans Kristian Erstedin və ilk qalvanik elementin və birinçi batareyanın yaradıçısı italyan alimi Aleksandr Voltin gözəl kəşflərindən sonra elektromaq teleqrafın yaradılmasına dair bir cox ideyalar meydana gəlir.
Beləliklə , elektirik və maqnetizm haqqında əldə edilən biliklərin praktiki tətbiqi üçün teleqraf rabitəsi ilk əhəmiyyətli sahə olub.
Fransa fiziki Andre Mari Amper oxlardan asılmış 25 maqnit əqrəbdən və 50 simdən ibarət olan teleqraf aparatını yaradıb.Ançaq , qurulan bu aparatın böyüklüyü onun praktiki işlədilməsinə imkan vermədi.
Öz sələflərindən efektivliyi və etibarlılığı ilə fərqlənən teleqraf aparatına Rusiyada P.L.Şillinq qurmuşdur.Bu teleqraf aparatının işlədilməsi üçün xüsusi müntəzəm kod hazırlanmışdı.Sonrakı teleqraf sahəsində bütün ixtiraçılar ötürülmənin kodlaş-dırılması pirinsipindən istifadə ediliblər.Dünyada ilk və on sözdən ibarət teleqram 21 oktyabr 1832-ci il tarixində P.L.Şillinqin mənzilində yerləşdirilmiş teleqraf aparatından göndərilmişdir.
İlk sadə və etibarlı iki simli teleqraf rabitə sxeminin yaradılmasına Amerkalı rəssam və ixtiraçı Samuel Morze (1854-cü il) nail olmuşdur.O,əlifbanin hər bir hərifini tirə və nöqtələrin müəyyən kombinasiyaları ilə işarələnmiş teleqraf kodunu işləyib və tədbiq edib. Alim və ixtiraçılar öz güçlərini biləvasitə hərif çap edən prin-siplə işləyən teleqraf aparatının yaradılması istiqamətində axtarışlara sərf edirdilər.
Amerikalı ixtiraçı Devid Eduard yüz 1855-ci ildə fasiləsiz fırlanan tipli çarxı olan hərif çapediçı apatı quraşdıraraq teleqrafda sinxron iş üsulunu təstiqləyib.Aparatın ötürüçüsü royal tiplı , üzərində həriflər və rəqəmlər yazılmış 28 klaviaturadan ibarət idi. 1960-cı ilədək Bakı və Salyan , Bakı və Lənkəran aralarında teleqraf rabitəsi Yüzün aparatları ilə təchiz edilmişdir.Bu aparat teleqraf vurmasının yüksək sürətini və rabitə xəttinin səmərəli istifadəsini təmin edə bilmirdi.Buna görə də onları Fransız mühəndisi Jorj Emil Bodo tərəfindən 1874-cü ildə ixtira edilmiş çoxqat teleqraf aparatları əvəz etdi.Bodonun aparatı bir neçə teleqrafçıya eyni vaxtda bir xəttdən bi necə teleqramın iki istiqamətə ötürülməsinə imkan verirdi.Azərbaycanın teleqraf şəbəkəsində Bodo-nun aparatlarının istifadəsinə 1922-ci il tarixində başlanmışdır.
1918-ci il may ayını 28-də Azərbaycanda demokratik cümhuriyyətin yaradılması ilə ilk poçt və teleqraf nazirliyinin əsası qoyulmuşdur.
1918-ci il dekabır ayının 26-dan A.B.Səfikürski poçt-teleqraf və əmək naziri vəzifəsini yerinə yetirməyə başladı və çox az bir müddət ərzində respublika vətəndaşlarının teleqraf rabitə xidmətinin yaxşılaşdirilması sahəsində çox böyük işlər görülməsinə nail oldu.
1920-ci ilin martına Azərbaycanın müxtəlif şəhər və yaşayış məntəqələrində 56-poçt-teleqraf müəssisəsi (kontor və şöbə) 4252 verstik teleqraf naqili bərpa edildi.Suverin dövlətimiz olan Azərbaycan Demokratik Respublikası dövründə ilk teleqraf informamasiya ağentliyi yaradılması lüzumu irəli sürüldü. Milli kadrlardan ibarət teleqrafçılar hazırlanmağa başlandı.Az bir zamanda respublika teleqraf texniki bazası və mütəxəssizlər hazırlandı.Bütün bünların sayəsində 1920-ci il martın 1-də ilk Azərbaycan Teleqraf Agentliyi “AzərTAc” təsis edildi. “AzərTAc”müxtəlif teleqraf xəbərlərinin həmin respublikaya, hə də xarici ölkələrə yayırdı.
1921-ci ildə Bakı-Moskva ilə Uitston teleqraf aparatı vasitəsilə əlaqələndirildi.1920-1922-ci illərdə Bakı aşağıdakı şəhərlərdə 25 teleqraf rabitəsinə malik idi.
Moskva, Tiflis, Krasnovodsk, Astraxan, Maxaçkala, Xaçmaz, Akstafa, Lənkəran, Naxçıvan, Astara,Yevlax, Quba, Ağdam, Axsu, Nuxa, Ğöycay, Ğənçə, Şamaxı, Şuşa, Kürdəmir, Səlyan, Haçıqabul,Suraxanı, Balaxanı. Bu istiqamətlərdə rabitə Uitston, Bodo, Morze,Yuzateleqraf aparatlarından istifadə edilirdi.
İnqilabdan əvvəl Naxçıvanda cəmi 125 km uzunluqda telefon rabitəsi mövcüd olmüşdur. Sovet hakimyyəti qurulduqdan sonra , dovlət idarə orqanların təşkil etmək üçün Naxçıvan Sovnarkomun yaratdığı xüsusi komissiyanın 1920-ci ilin 17 noyabrında keçirilən içlasında Naxçıvanda rabitəni qaydaya salmaq haqqında xüsusi qərar qəbul edilir. Bu qərarda göstərilmişdir ki, qisa bir müddətdə teleqraf rabitəsinin təşkili üçün yeni xətlər çəkilsin. Az vaxt ərzində Naxçıvanda teleqraf şəbəkəsi xeyli genişlənmişdir.Artıq 1925-ci ildə Naxçıvan MSSR-də Naxçıvan mərkəz olmaqla Ordubadda, Culfada, Şaxtaxtində, Baş Noraşendə ilk poçt-teleqraf müfəttişlikləri fəaliyyətə başlanmışdır.
Artıq 1926-cı ildə Muxtar Respublika ərazisində iki poçt-teleqraf kontoru və 4 poçt-teleqraf müfəttişliyi yaradılmışdır. Teleqraf xətlərinin uzunluğu 200 km çatmışdır.1927-ci ildə 7 poçt-teleqraf idarəsi və poçt-teleqraf müfəttişliyi mövcud olmuşdur ki,bunların da teleqraf xətlərinin ümumi uzunluğu 525 km-ə çatmışdır.
1932-ci ildə yeni telefon-teleqraf xətlərinin çəkilişinə başlanmış və qısa bir müddətdə Veridaz-Naxçıvan-Culfa, Naxçıvan-Görüş, Şuşa-Ağdam və Naxçıvan-İrəvan istiqamətlərində teleqraf rabitəsi təşkil edilmişdir.
Teleqraf iş həcminin çoxalmasını nəzərə alaraq Naxçıvan Sovnar-kominin 1932-ci il tarixli qərarı ilə Naxçıvan-Tiflis istiqamətində işləyən Morze aparatının ST-35 aparatı əvəz edilməsi haqqda qərar qəbul edilir. Eyni zamanda həmin qərarla tapşırılmışdır ki, Bakı ilə teleqraf rabitəsinin surətli işini təmin etmək məqsədilə simpleks Bodo ilə rabitə ikiqat Bodo Dupleks aparatına keçirilsin. Çox qısa bir müddətdə qərarın icrası təmin edilmişdir.
30.11.1930-cu il tarixdən 02515 saylı əmrə əsasən Bakı şəhərində Teleqraf rabitəsi Bakı Poçt Teleqraf kontorunun tərkibindən çıxaraq müstəqil müəsisəyə-Bakı Mərkəzi Teleqrafına çevrildi. Bu müəssisənin rəisi Trifin idi.199 nəfərin calışdığı bu müəssisədə cəmi 11 milli kadır işləyirdi.
1939-cü ildə beynəlxalq aləmdə yaranmış çətin vəziyyətlə əlaqədar, mühəndis texniki rabitə işçiləri bu vəziyyətdən çıxış yolları axtarmağa çalışdılar. Naqilli rabitənin olmadığı zaman məlumatların fasiləsiz ötürülməsini təmin etmək məqsədilə radio vasitə ilə işləyən teleqraf aparatına ehtiyac yaranmışdır.
2-ci tərəfdən,radio rabitənin ən ümdə qayğısını daimi olaraq radio xətlərin maksimum istifadəsi təşkil edirdi. Bu məsələ 1938-1939-cu illərdə öz həllini tapıb və əsas xətlərdə sovet mütəxəsissləri V.Kerbi və V.Novikov tərəfindən hazırlanmış 9 kratlı Bodo-radio hərif çapedici radio teleqraf cihazı quraşdırılmışdır. Həmin aparat yüksək ötürmə qabiliyyətinə və mühüm radio maniyə və fedinq (radio siqnalların zəiflənməsi və qısamənkəsilməsi) olduğu vaxta da etibarlı fəaliyyət göstərməsinə malik idi.
1939-1940-cı illərdə 9 kratlı Bodo aparatları ölkənin starteji nöqtələrində Bakıda, Daşkənddə, Xabarovskda və Vladivostokda quraşdırılmışdır. O zamana görə güclü, dəqiqədə 310-dan artıq sözün ötürülməsinə malik olan bu Teleqraf kombaynının əhəmiyyətini düzgün qiymətləndirmək belə çətindir. Xüsusən müharibə şəraitində o vaxt ki,Şimali Qafqazın və Zaqafqaziyanın bir hissəsi radio rabitədən (radio körpülərdən) başqa bütün əsas rabitə növlərindən məhrum olmuşdur.göstərildiyi amillərə görə Bakı Teleqrafı regiondan İttifaqın digər hissəsinə Moskva Mərkəzi Teleqrafının təkrarlama obyekti vasitəsilə teleqraf məlumatlarını ötürən güclü tranzit şəbəkəyə çevrilmişdir. Xüsusi teleqraf məlumatlarının ötürülməsi üçün 9 kratlı Bodo cihazının xüsusi elektirik şifrləşdirən qurğuya malik olan kradlarının birindən istifadə olunurdu. Aşqabad və Daşkənddə mövcud teleqraf rabitələri üçsimli teleqraf kabel vasitəsilə fəaliyyət göstərirdilər və 1944-cü ildək son dərəcədə qeyri-sabit işləyirdilər.
Həmin müddət 19 41- 1945-ci illərdə bir gün ərzində qəbul edilən və ötürülən teleqramların sayı 50,0 minə çatırdı, bununla yanaşı bütün əməliyyatlar əl ilə yerinə yetirilirdi. Teleqrafın çöxmillətli işçi tərkibi 600 nəfərdən artıq idi. Teleqrafçıların və mühəndis-texniki heyyətin bir hissəsi Rostov və Minsk teleqraflarından təxliyə olunmuş şəxslər idi. İşğal olunmuş Minsk şəhərinin azad edilməsinə qədər Bakı Teleqrafının rəisi N.Barışev olmuşdur. Müharibə şəraitdə öz vəzifələrinin nöqsansız yerinə yetirən Bodo sisteminin müdiri (Q Süleymanov), elektrosexinin rəisi (İ.Axundov), krosun rəisi N.Rumyantsev səmərəli işləyirdilər. Teleqrafın baş mühəndisi istedadlı mütəxəsis,daima öz üzərində işləyən kömək göstərməyə hazır olan (Vladimir Yermolayeviç Statiyev) idi. 1944-cü ildə SSRİ-nin Rabitə Xalq Kommisarlığı tərəfindən Bakı Teleqrafı rəisi vəzifəsinə Moskvanın Mərkəzi Teleqrafının işçisi (N.D.Doroqin) təyin edilmişdir.Ancaq onun vəzifədə işləməsi uzun çəkmədi.1945-ci ildə onu əvvəllər Qorki şəhərinin Teleqrafında işləyən L.D.Nemtsov əvəz etdi.
N.Barışev - Teleqrafın rəisi, Minskin evakuasiyası zamanı Moskva tərəfindən Bakıya göndərilmiş və mart 1942-ci ildən aprel 1944-cü ilə qədərBakı Teleqrafına rəhbərlik etmişdir. Minsk azad edildikdən sonra, yenidən Minsk Teleqrafına rəhbərlik etmişdir.
Müharibə illərində Bakı-Naxçıvan, Bakı-Quba, Bakı-Xankəndi, Bakı-Şəki, Bakı-Ağdam arasında Bodo, Bakı-Lənkaran, Bakı-Səlyan Yuza, qalan rayon rabitələrində isə Morze teleqraf aparatından istifadə edilirdi. Respublikanın rayonlarının hamısı ilə birbaşa rabitə yox idi. Birbaşa rabitə olmayan rayonlardan istifadə etməklə tranzit olaraq teleqram mübadiləsi aparılırdı.
1944-cü ildə Bakı-Krasnovodsk arasında “Vestern Elektrik”tipli avadanlığın vasitəsilə azkanallı tonal tezliklə teleqraflaşma yaradıldı. Bu avadanlığın qoşulmasına “Lendlizlə”alınan Bakı-Krasnovodsk arasında çəkilən kiçik “koaksial”kabel imkan yaratdı.Tonal tezlikli teleqraflaşmasının əsas inkşafı 1945-ci ildən sonra daha da sürətləndi. Almaniyadan reparasiya vasitəsilə respublikaya VT-34, VT-40 amplitud modulyasiyalı prinsiplə işləyən avadanlıqlar gətirildi.Göstərilən avadanlıqdan istifadə edılərək, Bakı-Gəncə, Bakı-Yevlax arasında, Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Rostov, Bakı-Axşabad arasında birbaşa teleqraf kanalları təşkil edildi. Azərbaycan rabitəçilərinin müharibə illərindəki göstərdikləri fədakarlıq danılmazdır.
Böyük Vətən müharibəsi qutardıqdan sonra hər sahədə olduğu kimi rabitədə olan geriliyi aradan qaldirmaq lazım idi. Müasir elm və texnikanın nailiyyətlərindən istifadə edərək yeni texnologiyaların tətbiqi əsas məsələ kimi qarşıda dururdu.
Respublikada metallurgiya ,maşınqayırma,neft və kimya sənayesinin inkşafı ilə teleqraf rabitəsinə təlabat getdikcə artmağa başlayırdı. Xalq təssərüfatının bütün sahələrində olduğu kimi rabitədə də inkşaf durmadan artırdı.
Teleqraf yarımsahəsi qarşısinda qoyulan ən birinci yorucu əl işinin məhdudlaşdırılması, tranzit teleqramların qəbul etmə vaxtı yapışdırma mərhələsinin aradan qaldırılması,eyni zamanda bir-birinə meyli olan teleqraf qovşaqları arasında birbaşa əlaqələrin yaradılması hesabına respublika da və vilayət teleqraflarında tranzit təkrar qəbul edilmənin məhdudlaşdırılması olub.
1950-ci ildə Minsk Teleqrafının səmərələşdiriciləri ST-35 start-stop cihazları üçün reperforator və transmiter artıcıları quraşdırıblar. Onların işlədilməsi həm adicə əl ilə ötürülmə və qəbul edilməsinə, həm də tranzit teleqramları avtomatik təkrarqəbul edən aparat kimi istifadə edilməsinə və bununla belə teleqramların klaviaturadan əl ilə ötürmə və qəbul edilməsində yapışdırma mərhələsindən uzaqlaşmasına imkan yaradıb.
Sənaye əvvəllər istehsal edilən və buraxılan teleqraf aparatlarının(ST-35) şəklini dəyişdirib onları artıq STA kimi təchiz edirdi. Mövcud fəaliyyətdə olan ST-35 aparatları onları istismar edən müəssisələrin öz qüvvələri hesabına yenidən işlənib STA aparatları kimi düzəldirildi.
Bodo aparatlarının qəbuledici –ötürücü hissələrini avtomatik təkrarqəbula dair artırıcıları ilə təmin edilməsi üçün SSRİ Rabitə Nazirliyi sənayesi tərəfindən 1957-ci il tarixindən həmin aparatlardan istifadə edən teleqraf müəssisələri xüsusi işlənilmiş detallar dəstləri ilə təchiz olunurdu.Bakı Teleqrafında bu iş 11960-cı ildə başa çatdırılmışdı. Bundan əlavə digər mühüm bir məsələni də həll etmək daha doğrusu əvvələr ittifaqın teleqraf sahəsində texniki siyasətdə kodun seçilməsində yol verildiyi səhvi düzəltmək lazım idi.
Hərf çapedici teleqraf aparatlarında müxtəlif kodların mövcudluğu STA ilə bağlantıda olan Bodo aparatlarına qəbul edilən teleqramların perfolentin köməyilə ötürülməsi və qəbul edilməsi qeyri-mümkün idi.İttifaqda bu məqsədlərə məhdud vaxt ayrılırdı.
Bakı Teleqrafında bütün çap edən aparatların 2 saylı Beynəlxalq koduna keçirilməsi 1960-cı ildə başa çatdırılmışdır.
MTK-2 Teleqraf kodu –Teleqraf rabitəsində qəbul edilmiş şərti siqnallar sistemi. Teleqraf kodunda hər bir hərifə,rəqəmə, ümümiyyətlə işarəyə simmvola elektirik çəriyanın müəyyən elemetlər göndərişlər (impuslar ) kombinasiyası uyğun gəlir. Hər işarəni ifadə etmək ücün göndərişlərin sayı müxtəlif (qeyi-bərabər uzunluq teleqraf kodu) və ya bərabər uzunluq teleqraf kodu) ola bilər.Birinçiyə intervallara bölünmüş qısa (nöqtə) və yaxud uzun (tire) göndərişılərdən ibarət Morze kodunun misal göstərmək olar./ACE, IX çild səh 193-194/
Mərkəzləşdirilmiş təsərüfatcıların şərtləri və inzibati amilik idarəetmə üsulu teleqraf mübadiləsinin arası kəsilməsinin artmasına imkan yaradırdı. Bu vəziyyət teleqraf rabitəsinin işinin efektiliyinin yüksəldən və istismar müəssələrində ştatların artması şərtilə məlumatların artan axımının işlənilməsini səmərəli qurması ücün daha mükənməl üsulların axtarıb tapmasını tələb edirdi.
Qarşıya teleqramların işlədilməsinə dair istesalat proseslərin geniş avtomatlaşdırılması əsasında teleqraf işcilərinin əmək məsulldarlığını kəsgin surətdə artırması məsələsi qoyulub.
1950-60 –çı illərdə elmi idarələrdə teleqraf rabitəsinin avtomatlaşdırılması sisteminin yadılmasını nəzərdə tutan aparılan tədqiqat işləri ilə yanaşı eyni tinli aparatlarla (STA) teleqraf rabitəsini quran iri teleqraflarda teleqraf rabitəsinin avtomatlaşdırılmasına dair fərdi həllər axtarılırdı. 1951-çi ildə İttifaq teleqraflarının birində “lent qoparılması ilə düyməli” kommutasiya tətbiq olunmuş avtomadlaşdırılmış teleqraf rabitə sistemi hazırlanıb və işə salınıb .bu sistemdə qəbul edilən perfolent transmetterə salınırdı və kommtatorda müvafiq düyməni basdıqda teleqraf transmiterdən avtomatik sürətdə kanal ilə ötürülürdü.
Bakı Teleqrafında , yuxarıda qeyd edildiyi kimi ,Bodo və STA teleqraf aparatlarının kodlarının unifikasiyasınıdan həmçinin ST-35 və Bodo avtomatik qurğularla təkminləşdirilməsindən başqa istehsalat proseslərinin avtomatlaşdırılması üzrə ayrı işlər həyata kecirilməmişdir.Başqa respublika teleqrafları ilə müqyisədə, aşağıda göstərilən bir cox səbəbdən Bakı Teleqrafında vəziyyət cox kritik idi.
Müxtəlif sistemlərin olması (Bodo, STA, Treml, Yuza, Moze) reğional avtomatlaşdırma imkanını vermirdi. Müxtəlıf tipli teleqraf aparatları ücün teleqrafcıların komplektləşdirilməsində cətinliklər yaranmışdı.
Ancaq, magistral teleqraf rabitələrinin bir hissəsi STA aparatlarına keçirilmişdir:
-Respublikanın 74 şəhər və rayon mərkəzlərindən yalnız 39-u Bakı ilə teleqraf rabitəsnə malik idi. Qalan 35 məntəqə Bakı ilə birbaşa rabitəsi olan şəhər və rayon mərkəzləri ilə Morze aparatı ilə rabitəyə malik idi.
-Respublikanın, Bakı ilə birbaşa rabitəyə malik olan 31 şəhər və rayon mərkəzi və bu məntəqələrlə işləyən 35 rayon mərkəzi birnaqilli teleqraf xəttləri və orta nöqtəli telefon naqilləri (Pikar sxemi) həyata keçirilirdi. Bu xətlər üçün atmosfer şəraitinin dəyişməsi (duman, yağış, qar, buz) zamanı rabitənin pozulması halları xarakterik idi. Göstərilən şəraitlər həmçinin ölkədə tətbiq edilən STA teleqraf aparatının texniki xarakteristikası (əhəmiyyətli xətt cərəyanın və səhvdüzətmə qabiliyyətinin aşağı olması)səbəbindən onların bu xətlərdə tətbiqi imkanını verirdi.
-Şəhərlərarası ilk şəbəkənin zəif inkşafı səbəbindən tezlik teleqraflaşmasının inkişafı üçün Bakı Teleqrafına telefon kanalları ayrılmırdı.
Fəaliyyətdə olan tezlik teleqraf sistemləri,həm respublika istiqamətlərində,həm də Rostov, Tbilisi və Moskva ilə əsasən hava xətləri ilə işləyirdi,bu da teleqraf kanallarının fasiləsiz işinə təsir göstərirdi.
Respublikanın və Bakı Teleqrafının teleqraf şəbəkələrində vəziyyət belə idi, bu vəziyyətə səbəb respublika Rabitə Nazirliyinin teleqaf sahəsinə qeyri-kafi rəhbərliyi, həmçinin teleqrafın rəhbərliyinin “Qastrola gələnlərlə” tez-tez əvəz edilməsi idi.
1951-ci ildə Moskvadan “qiymətlərin aşağı salınması”barədə höküməti teleqramın vaxtında emal edilməsinə görə, Bakı Teleqrafının rəisi L.Nemsov və baş mühəndis V.Statiyev tutduqları vəzifədən azad edildilər.Teleqrafa rəis Rusiya federasiyasının vilayət idarəsinin işçisi K.Qnezdilov “göndərildi” Z.Zeynalov baş mühəndis təyin edildi.
Göstərilən illər istər çıxış,istərsə də tranzit mübadiləsinin artması ilə səciyyələnir. Daxili mərhələlərdə teleqramların ötürülməsinə və işlənilməsinə xeyli vaxt sərf edildiyinə və teleqrafçıların azlığına görə nəzarət müddətini pozmaqla işlənilmiş teleqramların sayı artırdı.
1950-ci ildən sonrakı müddətdə alman VT-34 tonal teleqraf vurma cihazlar TT-ÇM-12/16 sovet cihazları ilə əvəz edildi. Bu cihazlar standart TÇ kanalda tezlik modulyasiyalı maneələrdən daha yüksək müdafiyəyə malik olan 16 teleqraf kanallarının təşkilini təmin edirdi. Lənkəran və Səlyan ilə teleqraf rabitəsi dupleks artıcıların tətbiq edilməsilə STA cihazların üzərinə keçirilmişdir. Magistral rabitələrinin STA sisteminə keçirilməsi başa çatdırılırdı.Bakı-Moskva rabitəsində 9 kartlı Bodo cihazı əvəzində sonuncu terminal şəklində STA cihazları istifadə olunmaqla radio kanal sıxlaşdıran yeni sistemin istifadəsinə başlanıb. Halbuki yexniki-istismar tədbirlərin həyata keçirilməsinə baxmayaraq, respublikadaxili teleqraf rabitələrin müntəzəm işləməsi təmin olunmurdu.Bakı Teleqrafında teleqramların işlənmə keyfiyyətinin pisləşməsi davam edirdi, bu da qovuşuq teleqraf qovşaqların haqlı məzəmmətlərinə səbəb olurdu. Respublikanın şəhər və rayonlarına lazımı səviyyədə metodik və texniki köməklik göstərilmirdi.
Yuxarıda göstərilən faktorları nəzərə alaraq Rabitə Naziri T.Hüseynov,K.Qnezdilovun vəzifədə qalmasının məqsədəuyğun olmadığını nəzərinə çatdırdı.
Yeni rəhbərliyə təxirə salınmayan birçox məsələlərin həlli tapşırıldı.
1.Morze aparatının ləğvi ilə teleqraf avadanlıqlarının təcili unifikasiyası
2.Respublikadaxili istiqamətlərdə tezlik teleqraflaşma sisteminin inkşafının sürətləndirilməsi.
3.Teleqramların reperforatorlu təkrar qəbulun perforasiya lentin qoparma və nəql edilməsilə (ötürücü aparatadək) təşkilinin başa çatdırilması (teleqramları əl üsulu ilə ötürülməsinin aradan götürülməsi)
4.Keçmişittifaqın teleqraf şəbəkələrində davam etdirilən,birbaşa birləşmə sisteminin tətbiqi.
1959-1960-cı illərdə Bakı-Quba, Bakı-Lənkəran, Bakı-Səlyan, Bakı-Gəncə istiqamətlərində tonal tezlik ilə işləyən teleqraf avadanlıqları qoyulmağa başlandı.
1960-cı ildən başlayaraq teleqraf kodlarının unifikasiyası (ümumi koda keçmə) zərurəti yarandı və 2 saylı Beynəlxalq Teleqraf Koduna (MTK-2) keçməyə başladı.
1965-ci ildə teleqraf sistemlərinin və kanallarının sayı artmağa başladı və TT-ÇM 12/16 avadanlığına nisbətən daha da təkmilləşdirilmiş TT-17 P tezlik modulyasiyalı tonal teleqraf avandanlıqları magistral və respublika istiqamətlərində istifadə olunmağa başladı. Tezlik teleqraf kanallarının inkişafı STA tipli bir kratlı start-stop sistemli teleqraf aparatlarından geniş istifadə etməyə imkan yaratdı. Bununla, hərf çap edən son teleqraf terminalının unifikasiyası məsələsi həll edilərək həmçinin respublika istiqamətində yeni teleqraf rabitələrinin təşkilinə imkan yaradıldı.
1949 cu ildə ilk dəfə olaraq Bakı Teleqrafında əl sistemli T-41 abonent teleqrafı stansiyası quraşdırıldı. 1959 cu il mayın 30-da ATA-57 tipli 80/60 tutumlu ilk avtomatik abonent teleqrafı stansiyası istismara verildi. Moskva, Qorkiy, Tibilisi, Rostov, Kuybuşev şəhərləri ilə stansiyalararası birbaşa rabitələr yaradıldı. Respublikanın iri şəhər və rayonlarında ATA-M tipli abonent teleqrafı yarımstansiyaları işə salındı.
Bunun nəticəsində respublikada abonent teleqrafı rabitəsi inkişaf etdirildi. Bakı teleqrafının xidmətlərindən ilk teleks abunəciləri kimi İran və İrak İslam Respublikalarının Bakıdakı səfirlikləri soyuzvneştrans istifadə etməyə başladılar. Bunlarla yanaşı Azərbaycan ümumi istifadə teleqraf şəbəkəsi üzrə teleqramların avtomatik ötürülməsini təmin etmək üçün PS (birbaşabirləşmə) sistemilə işləyən 280/120 tutumlu dekad-addımlı APS-Ş tipli stansiya 1969cu ildə Bakı teleqrafında istismara verildi. Respublikanın son teleqraf məntəqələri (rayon rabitə qovşaqları və şəhər rabitə şobələri) APS-Ş stansiyasına qoşuldu. Teleqraf rabitəsinin növlərindən biri olan fototeleqraf rabitəsi Bakıda ilk dəfə olaraq 1938 ci ildə ZFT-AÇ fototeleqraf aparatının köməyilə Moskva ilə yaradılmışdır. Yeni fototeleqraf aparatlarının yaranması ilə bu rabitə getdikcə inkişaf etməyə başladı.
1959-1960- cı illərdə Bakı Teleqrafının Ata-foto sxeminin avadanlığının köməyinə respublikanın VIŞKA, Bakiskiy raboçiy və s.dövlət əhəmiyyətli qəzetləri və Azərtac üçün foto-şəkillərin qəbulu yerinə yetirilirdi. Həmin vaxtlarda Bakı Teleqrafında Moskva, Tiblisi, Gəncə, Mingəçevir, Baki şəhərinin bir sıra şəhər rabitə şö’bələri ilə fototeleqraf rabitəsilə o dövr çün ucuz və sərfəli rabitə növlərindən olan fototeleqramlar e’mal edilirdi.
1977-ci ilin aprelindən “Kommunist”nəşriyyatının binasında “qəzet səhifələrinin qəbulu sexi”nin tikintisinə nəzarət həyata keçirilməyə başladı. Oktyabr 1978-ci ildə Azərbaycan Respublikası Rabitə Nazirliyinin əmri ilə “qəzet səhifələrinin qəbulu sexi” təşkil edildi. Yanvar 1979-cu ildə Bakı-Moskva arasında rabitə, təcrübəli istismar üçün işə verildi. Qəzet səhifələrinin foto sürətlərinin qəbulu və poliqrafçılara nəşr edilmək üçün ötrülməsi requlyar olaraq fevral ayında fəaliyyətə başladı.
01 Fevral 1979 - “Правда”, “Сельская жизнь”
23 Aprel 1979 - “Социалистическая индустрия”
10 May 1979 - “Комсомольская правда”
13 May 1979 - “Труд”
22 May 1979 - “ Советский спорт”
24 May 1979- “ Красная звезда”
26 May 1979 - “Учительская газета”
Dekabr 1981-ci ildə qəzet səhifələrinin qəbulu sexinin bazasında fototeleqramların qəbulu və ötürülməsi sahəsi yaradıldı.
1982-ci ildən Bakı Teleqrafı respublika paytaxtının ən gözəl binalarından birində fəaliyyət göstərməyə başlamışdır.
Bakı Teleqrafının yeni binasında 1982-ci il yanvar ayının 23-də saat 00 00 da 200017 tutumlu “Nikola Tesla” (Yuqoslav firmasının istehsalı) koordinat tipli kommutasiya kanalları teleqraf stansiyası istismara verilmişdir.
Böyük tutumlu bu stansiya yaxşı texniki göstəricilərə və yüksək etibarlılığa malikdir.Respublikanın bütün son teleqraf məntəqələrinin,abonent teleqraf –(AT) və Teleks şəbəkəsi üzrə abunəçilərinin,həmçinin magistral istiqamətdə böyük şəhərlərin Nikola-Tesla stansiyasına qoşulması işləri uğurla həyata keçirilməyə başladı. Bu istiqamətdə Bakı Teleqrafının bütün aparıcı mütəxəssisləri və texniki personalı fəal iştirak edirdilər.
İlk mərhələdə AT şəbəkəsi üzrə 40 abunəçi,18 rayon rabitə qovşağı (rrq) PS şəbəkəsi üzrə 91 magistral, 93 rrq, 52 şəhər rabitə şöbəsi (şrş) kanalları, Bakı-Göyçay, Bakı-Naftalan, Bakı-Lənkəran, Naxçıvan, Xırdalan, SUS 2402, Xankəndi istiqamətləri Nikola-Tesla stansiyasına qoşuldu.
1982-ci ildən başlayaraq 1984-cü ildə başa çatan “İNTERVAL” “KANT” avadanlıqları istismara verildi. 1982-ci ildə “DKRT”(Дистанционный контроль работы телеграфистов) avadanlığı istismara verildi. Hər üç avadanlıq nəzarət funksiyasını yerinə yetirirdi.
Bakı-Moskva, Bakı-Rostov, Bakı-Sabirabad, Bakı-Şamaxı, Bakı-Mingəçevir, Bakı-Cəlilabad, Bakı-Füzuli istiqamətlərində ÇBT-TT-17 teleqraf sıxlaşdırma avadanlığı TT-48 avadanlığı ilə əvəz edildi.
Respublika Rabitə Nazirliyi tərəfindən 1970-80-ci illərdə həyata keçirilən ilk beynəlxalq şəbəkənin kabel rabitə xətlərinin tikinti proqramı, Bakı Teleqrafına respublikadaxili istiqamətlərdə tezlikli teleqrafvurma kanallar şəbəkəsinin inkişafı üçün lazım olan miqdarda telefon kanallarının ayrılmasına imkan verib.
Bu isə teleqqraf rabitələrini birsimli dövrələrdən sabit işləyən tezlikli teleqraf kanallarına keçməsinə və respublika rayon mərkəzlərinin Bakı şəhəri ilə birbaşa teleqraf rabitəsinin təşkilinə kömək göstərib.
Rabitə Nazirliyinin 07.07.1980-ci ildə təsdiq etdiyi (План развития и устоновки аппаратуры уплотнения телеграфной связи по городской телефонной сети г.Баку) sənədlə 1980-1984 cü illər arasında Bakı şəhəri üzrə ATS-24, ATS-32, 61, 66, 91, 92, 38, 71, 74,75 və 50 şəhər rabitə şöbəsində TVU-12, DATA-3, DATA-6, TT-5 kanalyaradan teleqraf sıxlaşdırma avadanlıqlarının quraşdırılması nəzərdə tutulmuşdur. Bu plan Bakı Teleqrafı, Bakı Şəhər Telefon Şəbəkəsi və Bakı Poçtamtı ilə birlikdə həyata keçirilirdi. Bakı şəhəri üzrə AT və Teleks şəbəkəsi abunəçiləri və şəhər rabitə şöbələri fiziki xəttdən kanalyaradan sıxlaşdırma avadanlığına keçirildi. Eyni zamanda Nikola-Tesla stansiyasının istifadə edilən tutumu nömrələr və kanallar inkişaf etdirilərək durmadan artırılırdı.
1983-1989-cu illər arasında Bakı Teleqrafında Nikola-Tesla stansiyasına respublikanın bütün son teleqraf məntəqələrinin birbaşa rabitə sistemilə rabitələrinin,rayonlar üzrə AT yarımstansiyalarının magistral istiqamətlərdə iri şəhərlərin əksəriyyətinin qoşulması və AT,Teleks şəbəkəsi üzrə abunəçilərin sayının artırılması istiqamətində məhsuldar işlər həyata keçirilirdi.
Respublikada ilk məlumat kommutasiya rabitələri 70-ci illərin sonlarında təşkil olunmağa başladı. 1982-ci ildə Bakı Teleqrafında magistral istiqamətdə 6 məlumat kommutasiya rabitəsi fəaliyyət göstərirdi.
17.12.1984-cü ildə Bakı Teleqrafında birbaşa rabitə + məlumat kommutasiya rabitəsi (BR+MKR) rabitələrinin təşkili ilə zonadan kənar teleqraf yükünün emalı üçün məlumat kommutasiyası + kanal kommutasiyası (MK+KK) kombinasiyalı metodu tətbiq edildi.
29.04.1985-ci ildə Bakı Teleqrafında “APK-Teleqraf” aparat-proqram kompleksi tətbiq edildi. Tezliklə bu komplekslə Moskva MKM (məlumat kommutasiya mərkəzi) arasında rabitə təşkil edildi.
19.10.1985-ci ildə Gəncə şəhərində 612 birləşmə nöqtəli (3248) yeni AT-PS-PD stansiyası tətbiq edildi. 01.06.1988-ci ilə 270 birləşmə nöqtəsi fəaliyyət göstərirdi. Layihə üzrə nömrə tutumu PS-180, AT-180, AT-108, PD-36 nəzərdə tutulmuşdur. Bu stansiya 3 magistral istiqaməti, 4 yarımstansiya (Tovuz ATK-20, Şəmkir ATK-20, Qazax ATK-20, Qasım İsmayılov ATK-20) PS sistemi üzrə 7 rayon rabitə qovşağı (Xanlar, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Akstafa), ŞRŞ-10 (Mərkəzi poçtamt, ŞRŞ-1, 2, 3, 7, 10, 11, 12, 13, 20, 24), At şəbəkəsi üzrə Gəncə şəhəri üzrə 57 abunəçi qoşulmuşdur.
1985-ci ildə Sumqayıt şəhərində isə PTS-K stansiyası istismara verilərək, Bakı Nikola-Tesla stansiyasına qoşuldu.
Tədricən TT-48 teleqraf sıxlaşdırma avadanlıqları TT-144-144, TVU-12 avadanlıqları isə TVU-15 ilə əvəz edildi. 1986-cı ildə ümumi istifadə son teleqraf şəbəkəsində F-2000 tipli elektron teleqraf aparatları tətbiq edildi. (Bakı Teleqrafında F-2000 aparatlarının sayı: 1986 il-26 ədəd, 1987 il- 39 ədəd olmuşdur.
Lahiyəyə görə “Nikola-Tesla” stansiyasında Teleksrabitəsi ücün qoşulma nöqtələri nəzərdə tutulmuşdur. AT-Teleks abunəciləri qoşularaq onların bir rabitə ilə həm AT ,həmi də Teleks şəbəkələri ilə işləməsi təmin edilmişdir. İlk dəfə olaraq ,kecmiş ittifaq respublikaları arasında bu iş Azərbaycanda tədbiq edilmişdir.
1992-ci ildə beynəlxalq istiqamətdə ilk Bakı-Tehran istiqamətində 24 kanallı teleqraf sistemi təşkil edilmişdir.
Respublikada ümumi istifadə teleqraf şəbəkəsində kanalların kommutasiyası sistemindən, məlumat kommutasiya sisteminə kecirilməsinini təmin etmək ücün Bakı Teleqrafında Avtomatlaşıdırılmış Məlumat Kommutasiya Qovşağı (AMKQ) 2ETK-KS stansiyasının tədbiqi üzrə 25.06.1994-cü il tarixdə xətti sınaq işlərinə başlanmışdir. 256 kanallı, maksimal buraxma qabiliyyəti saniyədə 1,3 məlumat, yəni sutkada əlli min teleqram emal edə bilər. Respublikanın bütün şəhər və rayonlarının son teleqraf məntəqələri birbaşa rabitə sistemindən məlumat kommutasiya sisteminə keçirilərək 2ETK-KS stansiyasına qoşulmuşlar. AMKQ-nın istismara tədbiqilə, şəbəkə üzrə böyük sayda yaxın xariçi ölkələrlə stasiyalararası rabitələrin boşalmasına 3 dəfə son teleqraf rabitələrinin və 1,5 dəfə son teleqraf qurğularının azalmasına imkan verdi.
1994-cü ildə Bakı-Ankara istiqamətində peyk telefon kanalı vasitəsilə birbaşa 24 kanallı teleqraf sistemi təşkil edilmişdir. Bu, peyk kanallı vasitəsilə təşkil olunan ilk teleqraf sistemi idi.
Respublikamız öz müstəqilliyini yenidən əldə edəndən sonra,müstəqil sənədli elektrik rabitəsinə də ehtiyac durmadan artırdı. Azərbaycan suverenlik əldə edəndən sonra, respublikamıza xarici investorlar tərəfindən marağın artması, bazar iqtisadiyyatına keçidin, iqtisadiyyatın durmadan inkişafı, əsrin neft kontraktı və digər bu kimi işlər rabitənin də inkşafına böyük təkan verməyə başladı. Bütün bu proseslər sənədli elektrik rabitəsinin beynəlxalq tələblərə uyğun olmasına ehtiyac olduğunu göstərirdi. Suveren respublikanın suveren rabitəsi olmalıdır-prinsipi özünün aktuallığı ilə mühüm və vacib məsələ kimi rabitəçilərin qarşısında dururdu.
1995-ci il Bakı Teleqrafının tarixində qürur hissi yaradan mühüm və yadda qalan illərdən biridir. Belə ki, məhz 1995-ci ildə Azərbaycan Teleqraf-Teleks şəbəkəsinin sərbəstliyı və beynəlxalq tələblərə uyğunluğu təmin edilmişdir.
Respublikamız müstəqillik qazananda Azərbaycan heç bir ölkə ilə birbaşa Teleks əlaqəsi saxlaya bilmirdi. Necə deyərlər, biz Rusiyanın qarşısında qolu bağlı idik.Bakı Teleqrafının müdriyyətinin və bütünlükdə kollektivinn əzmkarlığı və yüksək intellektual səviyyəyə malik olması sayəsində müasir tələblərə cavab verən texnikanın tətbiqi, kollektivdə yaradılmış işgüzar şərait böhranda çıxmağa geniş imkan verdi. Keçmiş SSRİ dağılandan sonra, suveren respublikalar arasında birincilərdən biri olaraq Azərbaycan öz Teleks şəbəkəsini Rusiyanın tabeliyindən çıxararaq, sərbət şəbəkə kimi beynəlxalq aləmə təqdim etdi.
İki yüzdən çox ölkənin iki yüz əlli teleks şəbəkəsini özündə birləşdirən dünya teleks şəbəkəsinin abunəçiləri əvvələr Azərbaycan Teleks Şəbəkəsi abunəçıləri ilə rabitə yaratmaq üçün keçmiş SSRİ-nin “64”saylı istiqamət kodunu, sonra isəabunəçinin yığıb, rabitə yaradır və “SU” identifikasiya kodu ilə abunəçinin avtocavabını alırdılar.
Beynəlxalq Rabitə İttifaqının (İTU)Azərbaycana milli Teleks şəbəkəsi üçün verdiyi (BURİNTERNA GENEVA 1992-ci il 30 sentyabr NR/92-1 saylı məlumat notu) “784”ölkə istiqamət koduna və “AI” identifikasiya koduna (AZERBAYCAN sözünün qısaldılmış iki hərfi) keçirilməsi işi uğurla başa çatdırıldı.Rabitə Nazirliyi və İlgiltərənin “E.C.Datakom” şirkəti arasında bağlanmış saziş əsasında şirkətin və Bakı Teleqrafının mütəxəssısləri tərəfindən Kommutasiya-Tarifikasiya Sistemi (KTS) yaradılmış və Bakı Teleks Stansiyasında tətbiq edilmişdir. Bu isə stansiyanın imkanlarını olduqca genişləndirməyə və onu beynəlxlq Teleks stansiyası kimi istifadə etməyə imkan vermişdir.Nəticədə, baha qiymətli Teleks stansiyası almadan, beynəlxalq və keçmiş sovetlər birliyinin mürəkkəb quruluşlu sənədli elektrik rabitə şəbəkələri ilə beynəlxalq məsləhətlərə uyğun işləyə bilən milli Teleks şəbəkəsinin qurulması mümkün olmuşdur. KTS-in tətbiqilə respublikadan ötürülən və qəbul edilən bütün teleks danışıqlarının uçot və trafikasiyasının respublikamızda aparılması, birbaşa beynəlxalq istiqamətlərin artırılması və əlavə vəsait qazanılması mümkün olmuşdur. Tədricən, KTS-in portlarının sayı 96 portdan 144 porta qədər artırılmış və Bakı-Kiyev, Bakı-Tblisi, Bakı-London, Bakı-Sankt-Peterburq arasında birbaşa Teleks istiqaməti təşkil edilmişdir.
Azərbaycan-Türkiyə, Azərbaycan-Böyük Britaniya arasında Qenteks rabitələri təşkil edilmişdir. KTS-in proqram təminatı genişləndirilmiş və Qenteks şəbəkəsi üzrə xarici ölkələrə emal edilən teleqramların İTU-nun məsləhətlərinə uyğun avtomatik trafik uçotu təmin edilmişdir.
1997-ci ildə Bakı Teleqrafında ilk dəfə TDM rəqəm tipli teleqraf sıxlaşdırma avadanlığı istismara verilmişdir. Bakı-Ankara istiqaməti 24 kanallı FDM teleqraf avadanlığından 46 kanallı TDM sıxlaşdırma avadanlığına keçirilmişdir. Bu da kanalların sayının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Uzaq xarici ölkələrdən teleqraf trafikinin Azərbaycandan tranzit olaraq bir çox MDB ölkələrinə ötürülməsi təşkil edilmişdir.
Respublikada “AZPAK” paket kommutasiyalı milli data şəbəkəsinin yaradılması üzrə Rabitə Nazirliyinin əmri ilə Bakı Teleqrafında 1995-ci il iyul-avqust aylarında Tender keçirilmişdir. Tenderin qalibi Türkiyənin “Netaş” firması elan edilmişdir.1997-ci ilin may ayınınn 10-da respublikada milli data şəbəkəsinin yaradılması üzrə “ARTEL” Azərbaycan-Türkiyə Birgə müəssisəsi açılmışdır.
Milli teleqraf şəbəkəmiz üçün nəzərdə tutulan yeni teleqraf qaydaları Bakı Teleqrafının mütəxəssisləri tərəfindən tərtib edilmiş və Rabitə Nazirinin 20.02.1998-ci il tarixdə təsdiq etdiyi “Teleqraf rabitəsi xidmətlərinin göstərilməsi qaydaları” 01.04.1998-ci il tarixdən qüvvəyə minmişdir.
Bakı Teleqrafı respublikanın ən qabaqcıl müəssisələrindən biri oloraq,respublikanın ən ağır günlərində daima fasiləsiz olaraq fəaliyyətdə olmuşdur.1990-cı ilin 20 yanvar günü respublikada az sayda çalışan əmək müəssisələrindən biri də Bakı Teleqrafı olmuşdur.
1988-ci il Qarabağ müharibəsi başlanan zaman düşmən Azərbaycana hər sahədə ziyan vurması ilə yanaşı rabitədə də təxribatlar törətməyə başladı. Belə ki, ermənilər tərəfindən törədilən təxribatlar nəticəsındə Bakı-Naxçıvan arasında telefon kabelləri Qafanda tez-tez zədələnmələrə məruz qalırdı. Bu da Baki-Naxçıvan arasında teleqraf sisteminin tez-tez kəsilməsinə səbəb olurdu.1992-ci ilin iyul ayından etibarən Qafanda ermənilər tərəfindən kabel partladıldıqdan sonra, Naxçıvanla teleqraf sistemi tamamilə kəsildi. Lakin, belə çətin şəraitdə Bakı Teleqrafında Naxçıvanla daimi olaraq radio kanal vasitəsilə etibarlı teleqraf rabitəsi fəaliyyət göstərirdi.Bakı-Naxçıvan arasında teleqramlar radio kanal vasitəsilə emal edilirdi. Bu rabitə 1996-cı ilin noyabrına kimi davam etdi.1996-cı ilin dekabr ayından Bakı-Naxçıvan istiqamətində peyk telefon kanalı vasitəsilə teleqraf sistemi yenidən bərpa edildi. Muxtar Respublikanın bütün rayonları Bakının Avtomatik Məlumat Kommutasiya Qovşağına qoşuldu.Naxçıvan şəhərinin AT şəbəkəsi üzrə abunəçilərinə Bakı Teleks stansiyası üzərindən beynəlxalq Teleks şəbəkəsinə avtomatik birbaşa çıxış verildi.
Respublikamıza böyük ziyan vuran Qarabağ müharibəsi Bakı Teleqrafından da yan keçməmişdir.
Belə ki, Bakı Teleqrafı işğal olunmuş rayonlardan - Ağdam, Zəngilan, Cəbrayıl, Qubadlı, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Laçın istiqamətlərində olan teleqraf rabitələrindən məhrum olmuş və 172 teleqraf kanalını itirmişdir.
İşğal olunmuş torpaqlarımızda külli miqdarda texnika azğın düşmənə qalmışdır.
Teleqraf rabitəsi özünün sənədliliyi, operativliliyi və digər rabitə növlərinə nisbətən ucuz olması baxımından əhali arasında geniş istifadə olunan rabitə növlərindən biridir. Sözsüz, bu ənənəvi rabitənin fasiləsiz işini təmin edən əzmkar rabitəçilərimizin rolu böyükdür. Bakı Teleqrafı Morze aparatlarından başlayaraq, yeni nəsil komputer texnologiyasına qədər uzunmüddətli şanlı tarix yolu keçmişdir. Bu yol indi də davam etməkdədir. Bu yol insanda bu günə qürur hissi,sabaha böyük inam,gələcəyə parlaq həyat ümidi verir. İnanırıq ki, bu həqiqətən belə də olacaq.
Bakı Teleqrafı gözəl texniki bazaya,geniş texnoloji imkanlara və yüksək səviyyəli mütəxəssislərə malik bir müəssisə olmuş və olmaqda davam edir. Onun inkişafı hələ bundan sonra daha neçə illərlə davam edəcəkdir.
|
08.08.2012 |
Geri
|