Bakı Teleqrafı 1932 -ci ildə yaradılmışdır. Bakı Teleqrafı sənədli elektrik rabitəsinin beynəlxalq operatorudur və dünyanın qabaqcıl telekommunikasiya kompaniyaları ilə əməkdaşlıq edir. Bakı Teleqafı respublikada teleks və teleqraf rabitələri üzrə əsas aparıcı rabitə təşkilatlarından biridir. Beynəlxalq və respublika daxili teleqraf və teleks rabitələri xidmətlərini göstərir. Bakı Teleqrafı Morze aparatından başlayaraq, yeni nəsil kompüter və İnternet texnologiyasına qədər uzun müddətli şanlı tarixi yol keçməkdə davam edir.
25.12.2001-ci il tarixdən Bakı Teleqrafının bazasında Bakı Teleqrafı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.Dünyada son elmi-texniki naliyyətlərin əsasında yaradılmış yeni RealTeleks sisteminin tətbiqi və Bakı Teleks Stansiyasının qlobal İnternet şəbəkəsinə bağlantısı xidmətləri real vaxtda yüksək keyfiyyətlə göstərməyə imkan verir.